2017
2017
S Ə N A Y E
2017-ci ilin yanvar-dekabr aylarında Binəqədi rayonu üzrə 306514,4 min manatlıq və ya ötən ilin müvafiq dövründən 8,2 faiz çox sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir.
Sənayenin dövlət müəssisələri tərəfindən 45116,8 min manatlıq və ya ümumi istehsalın 14,7 faizi qədər, qeyri-dövlət müəssisələri tərəfindən 261397,6 min manatlıq və ya ümumi istehsalın 85,3 faizi qədər sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir.
Sənaye məhsulu istehsalının indeksi,
sabit qiymətlərlə, faizlə
|
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, artan yekunla |
2017 |
|
Yanvar |
149,8 |
Yanvar-fevral |
163,2 |
Yanvar-mart |
151,8 |
Yanvar-aprel |
148,6 |
Yanvar-may |
151,3 |
Yanvar-iyun |
138,1 |
Yanvar-iyul |
135,3 |
Yanvar-avqust |
107,3 |
Yanvar-sentyabr |
109,3 |
Yanvar-oktyabr |
110,8 |
Yanvar-noyabr |
109,3 |
Yanvar-dekabr |
108,2 |
Sənayenin ayrı-ayrı bölmələrində istehsalın dinamikası aşağıdakı göstəricilərlə xarakterizə olunur:
|
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə |
|||
Mədənçıxar-ma sənayesi |
Emal sənayesi |
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüş-dürülməsi və təchizatı |
Su təchizatı, tullantıların təmizlənməsi və emalı |
|
2017-ci il |
||||
Yanvar |
100,0 |
290,7 |
- |
101,8 |
Yanvar-fevral |
98,8 |
309,1 |
- |
117,0 |
Yanvar-mart |
99,5 |
237,8 |
76,6 |
117,1 |
Yanvar-aprel |
100,3 |
225,1 |
127,8 |
118,2 |
Yanvar-may |
100,4 |
215,5 |
147,9 |
118,7 |
Yanvar-iyun |
100,5 |
172,6 |
163,6 |
118,5 |
Yanvar-iyul |
100,6 |
163,0 |
177,4 |
117,4 |
Yanvar-avqust |
100,9 |
111,3 |
191,3 |
116,2 |
Yanvar-sentyabr |
101,3 |
113,4 |
208,2 |
115,4 |
Yanvar-oktyabr |
101,4 |
114,8 |
242,6 |
114,4 |
Yanvar-noyabr |
101,6 |
111,4 |
306,7 |
113,5 |
Yanvar-dekabr |
101,8 |
106,8 |
410,4 |
113,3 |
Sənaye məhsulunun 26,8 faizi mədənçıxarma bölməsində, 66,5 faizi emal bölməsində, 2,5 faizi elektrik enerjisi, qaz və buxarla təchizat bölməsində, 4,2 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunmuşdur.
Sənayenin fəaliyyət növləri üzrə məhsul buraxılışı
Fəaliyyət növlərinin adı |
2017-ci ilin yanvar-dekabr aylarında istehsal edilmişdir, min manat |
2016-cı ilin müvafiq dövrünə nisbətən (sabit qiymətlərlə), faizlə |
Cəmi |
306514,4 |
108,2 |
Ümumi yekundan istehsal olunmuş məhsulun (işlərin, xidmətlərin) müəssisələrin fəaliyyət növünə görə bölgüsü |
|
|
Mədənçıxarma sənayesi |
82044,4 |
101,8 |
Emal sənayesi |
203886,4 |
106,8 |
o cümlədən: |
|
|
Qida məhsullarının istehsalı |
21943,7 |
89,0 |
İçki istehsalı |
108656,7 |
109,8 |
Geyim istehsalı |
396,6 |
- |
Dəri məmulatları, ayaqqabı istehsalı |
4437,6 |
244,7 |
Ağac emalı və ağac məmulatların istehsalı |
28,8 |
179,9 |
Kağız və karton istehsalı |
631,4 |
72,2 |
Poliqrafiya fəaliyyəti |
4068,4 |
199,4 |
Kimya sənayesi |
9285,4 |
168,3 |
əczaçılıq məhsullarının istehsalı |
11,0 |
- |
Rezin və plastmas məmulatların istehsalı |
1986,9 |
101,9 |
Tikinti materiallarının istehsalı |
4365,5 |
199,5 |
Metallurgiya sənayesi |
2475,2 |
70,7 |
Hazır metal məmulatlarının istehsalı |
17444,8 |
- |
Maşın və avadanlıqların istehsalı |
2510,8 |
201,1 |
Avtomobil, qoşqu və yarımqoşquların istehsalı |
113,9 |
- |
Sair nəqliyyat vasitələrinin istehsalı |
- |
- |
Mebellərin istehsalı |
2887,2 |
189,6 |
Sair sənaye məhsullarının istehsalı |
2225,5 |
0,6 |
Maşın və avadanlıqların quraşdırılması və təmiri |
20417,0 |
181,1 |
Elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi və təchizatı |
7530,9 |
410,4 |
Su təchizatı, tullantıların təmizlənməsi və emalı |
13052,7 |
113,3 |
2017-ci ilin yanvar-dekabr aylarında istehlakçılara 342025,1 min manatlıq və ya ümumi sənaye istehsalından 11,6 faiz çox sənaye məhsulu göndərilmişdir.
2018-ci il yanvar ayının 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında 11915,2 min manatlıq hazır məhsul ehtiyatı qeydə alınmışdır.
2017-ci ilin yanvar-noyabr aylarında sənaye müəssisələrində 7072 nəfər işləmişdir. Bu da keçən ilin müvafiq dövründən 7,7 faiz çoxdur.
2017-ci ilin yanvar-noyabr aylarında sənaye müəssisələrində orta aylıq nominal əmək haqqı 502,8 manat olmuşdur. Bu isə əvvəlki ilin müvafiq dövründən 9,7 faiz çoxdur.
2017-ci ilin yanvar-noyabr aylarında işçilərin sayı və orta aylıq əmək haqqı aşağıdakı göstəricilərlə xarakterizə olunur:
|
2017-ci ilin yanvar-noyabr ayları |
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə |
İşçilərin orta siyahı sayı (nəfər) |
7072 |
107,7 |
Orta aylıq əmək haqqı (manat) |
502,8 |
109,7 |
MƏDƏNÇIXARMA SƏNAYESİ
Mədənçıxarma sənayesi üzrə neft və qaz istehsalı aşağıdakı göstəricilərlə xarakterizə olunur.
Məhsul növləri |
2017-ci ilin yanvar-dekabr aylarında istehsal edilmişdir. |
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə |
01.01.2018-ci il vəziyyətinə hazır məhsul ehtiyatı |
Neft, min ton |
143,6 |
101,7 |
2,9 |
Qaz, milyon kub metr |
2,8 |
127,3 |
- |
Neft istehsalı keçən ilin müvafiq dövründən 1,7 faiz çox olmaqla 143,6 min ton, qaz istehsalı keçən ilin müvafiq dövründən 27,3 faiz çox olmaqla 2,8 milyon kub.metr olmuşdur. Dövrün sonuna 2,9 min ton neft hazır məhsul ehtiyatı kimi qalmışdır.
EMAL SƏNAYESİ
Emal sənayesində istehsalın həcmi ötən ilin müvafiq dövründən 6,8 faiz çox olmuşdur.
Emal sənayesində istehsal olunmuş əsas məhsullar
Məhsul növləri |
2017-ci ilin yanvar-dekabr aylarında istehsal edilmişdir. |
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə |
01.01.2018-ci il vəziyyətinə hazır məhsul ehtiyatı |
Qida məhsulları istehsalı |
|||
Ətdən hazırlanan kolbasalar, ton |
55,8 |
3,2 d |
- |
Buğda kəpəyi, ton |
9210,4 |
82,3 |
213,0 |
Içli sair şokolad şirniyyat məmulatları, ton |
1965,6 |
79,3 |
- |
Dondurma, ton |
374,1 |
3,3 d |
- |
Pendir və kəsmik, ton |
10,3 |
91,2 |
0,8 |
İçki istehsalı |
|||
Sair alkoqollu içkilər, min dkl |
66,1 |
77,6 |
- |
Alkoqolsuz içkilər, min dkl |
17508,0 |
108,0 |
451,0 |
Dəri və dəri məmulatları istehsalı |
|||
Üstü dəridən kişi ayaqqabıları, min cüt |
78,3 |
2,5 d |
15,8 |
Kimya sənayesi |
|||
Suda dispersiya edilmiş boya, ton |
1945,8 |
2,1 d |
108,5 |
Sintetik üzvi boyayıcı maddələr, ton |
1859,4 |
168,7 |
95,1 |
Yapışqan və yapışqanlı maddələr, ton |
9,8 |
- |
1,1 |
Metallurgiya sənayesi |
|||
Polad profil, ton |
2842,9 |
53,6 |
6025,2 |
Maşın və avadanlıqların istehsalı |
|||
Qarmaqlar, ədəd |
109,0 |
2,9 d |
2,0 |
Fontan armaturu, ton |
13,8 |
45,1 |
- |
Qida məhsullarının istehsalına nəzər salsaq pendir və kəsmik istehsalı keçən ilin müvafiq dövrünün 91,2 faizini təşkil etməklə 10,3 ton, buğda kəpəyi 82,3 faizini təşkil etməklə 9210,4 ton, içli sair şokolad məmulatı 79,3 faiz təşkil edərək 1965,6 ton, ətdən hazırlanan kolbasalar 3,2 dəfə artaraq 55,8 ton, dondurma 3,3 dəfə artaraq 374,1 ton olmuşdur. Hazır məhsul ehtiyatı kimi 0,8 ton pendir və kəsmik, 213,0 ton isə buğda kəpəyi qalmışdır.
İçki istehsalı sahəsində alkoqolsuz içkilər keçən ilin müvafiq dövründən 8,0 faiz çox olmaqla 17508,0 min dkl, sair alkoqollu içkilər isə keçən ilin müvafiq dövrünün 77,6 faizini təşkil etməklə 66,1 min dkl olmuşdur. 2018-ci il yanvar ayının 1-i vəziyyətinə hazır məhsul ehtiyatı kimi 451,0 min dkl alkoqolsuz içki olmuşdur.
Dəri və dəri məmulatları istehsalı sahəsində üstü dəridən kişi ayaqqabıları keçən ilin müvafiq dövründən 2,5 dəfə çox olmuş, dövrün sonuna hazır məhsul ehtiyatı isə 15,8 min cüt qalmışdır.
Kimya sənayesi sahəsində suda dispersiya edilmiş boya istehsalı keçən ilin müvafiq dövründən 2,1 dəfə çox, sintetik üzvi boyayıcı maddələr 68,7 faiz çox olmuşdur. Hazır məhsul ehtiyatı kimi 108,5 ton suda dispersiya edilmiş boya, 95,1 ton sintetik üzvi boyayıcı maddələr, 1,1 ton yapışqan və yapışqanlı maddələr qalmışdır.
Metallurgiya sənayesində polad profil istehsalı 2842,9 ton, hazır məhsul ehtiyatı isə 6025,2 ton qalmışdır.
Maşın və avadanlıqlar istehsalı sahəsində qarmaqlar istehsalı keçən ilin müvafiq dövründən 2,9 dəfə artıq olaraq 109 ədəd, fontan armaturu isə 45,1 faiz təşkil edərək 13,8 ton olmuşdur. Hazır məhsul ehtiyatı kimi 2 ədəd qarmaq qalmışdır.