Şriftin ölçüsü :

Saytın rəngi :

Layihə haqqında məlumat

Avropa Olimpiya Komitəsi Baş Assambleyasının 8 dekabr 2012-ci il tarixli Qərarı ilə 2015-ci ildə Birinci Avropa Olimpiya Oyunlarının keçirilməsi hüququ Azərbaycan Respublikasının paytaxtı  Bakı şəhərinə verildi.
2015-ci ildə Birinci Avropa Olimpiya Oyunlarını Bakı şəhərində layiqincə keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2013-cü il tarixli Fərmanı ilə Təşkilat Komitəsi yaradıldı, Təşkilat Komitəsinə Azərbaycan Respublikasının Birinci Xanımı, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, UNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva sədr təyin edildi.
Ötən müddət ərzində Respublikamızda Olimpiya Oyunlarına hazırlıqla əlaqədar böyük işlər görüldü, bir çox olimpiya obyektləri tikilib istifadəyə verildi, bir qismində tikinti və tamamlama işləri sürətlə davam etdirilir.
Bakı şəhərində 12 iyun 2015-ci ildə keçiriləcək ilk Avropa Oyunlarına açılış mərasiminə qalan  vaxtın hesablanmasına start verildi.    
Layihənin məqsədi Olimpiya Oyunlarının başlanmasına bir il qalmasını nəzərə alaraq, oyunlara hazırlıq dövründə rayonun memarlıq görkəmini daha da yaxşılaşdırmaq, qəsəbə və mikrorayonlarda, küçə və məhəllələrdə, park və xiyabanlarda aparılan təmizlik və abadlıq işlərini intensiv və mütəşəkkil formada davam etdirmək, bu işlərə rayon ictimaiyyətini və geniş əhali kütləsini cəlb etməkdir.
1 iyul 2014-cü ildən etibarən Binəqədi rayonu ərazisində mərhələli şəkildə “Təmiz Binəqədi” layihəsinin həyata keçirilməsinə başlanılır.
Layihənin həyata keçirilməsi ilə əlaqədar Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə Tədbirlər Planı təsdiq edilib və Tədbirlər Planının icrasını təmin etmək məqsədilə müvafiq komissiya yaradılıb.

A Z Ə R B A Y C A N  R E S P U B L İ K A S I

BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON İCRA HAKİMİYYƏTİ BAŞÇISININ


S Ə R Ə N C A M I

№ 133                            19 iyun 2014-cü il

2015-ci ilin iyun-iyul aylarında Bakı şəhərində I Avropa Olimpiya Oyunlarının keçirilməsi ilə əlaqədar Binəqədi rayonu ərazisində görülməsi nəzərdə tutulan işlər haqqında

Avropa Olimpiya Komitəsi Baş Assambleyasının 8 dekabr 2012-ci il tarixli Qərarı ilə 2015-ci ildə I Avropa Olimpiya Oyunlarının keçirilməsi hüququ Azərbaycan Respublikasının paytaxtı  Bakı şəhərinə verilmişdir.
2015-ci ildə I Avropa Olimpiya Oyunlarının Bakı şəhərində layiqincə keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2013-cü il tarixli Fərmanı ilə Təşkilat Komitəsi yaradılmış, Təşkilat Komitəsinə Azərbaycan Respublikasının Birinci Xanımı, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, UNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva sədr təyin edilmişdir.
Ötən müddət ərzində Respublikamızda Olimpiya Oyunlarına hazırlıqla əlaqədar böyük işlər görülmüş, bir çox olimpiya obyektləri tikilib istifadəyə verilmiş, bir qismində tikinti və tamamlama işləri sürətlə davam etdirilir.
Bakı şəhərində 12 iyun 2015-ci ildə keçiriləcək ilk Avropa Oyunlarının açılış mərasiminə qalan  vaxtın geri hesablanmasına start verilmişdir.
Olimpiya Oyunlarının başlanmasına bir il qalmasını nəzərə alaraq,Olimpiya Oyunlarına hazırlıq dövründə rayonun memarlıq görkəmini daha da yaxşılaşdırmaq, qəsəbə və mikrorayonlarda, küçə və məhəllələrdə, park və xiyabanlarda aparılan təmizlik və abadlıq işlərini intensiv və mütəşəkkil formada davam etdirmək, bu işlərə rayon ictimaiyyətini və geniş əhali kütləsini cəlb etmək  məqsədilə “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 6.8-ci bəndini rəhbər  tutaraq

qərara alıram:

1. I Avropa Oyunlarına hazırlıqla əlaqədar 1 iyul 2014-cü ildən etibarən davamlı olaraq mərhələli şəkildə Binəqədi rayonu ərazisində “Təmiz Binəqədi” layihəsinin həyata keçirilməsinə başlansın.

2. “Təmiz Binəqədi” layihəsinin həyata keçirilməsi ilə əlaqədar Tədbirlər Planı təsdiq edilsin (əlavə olunur).

3. Tədbirlər Planının icrasını təmin etmək məqsədilə aşağıdakı tərkibdə Komissiya yaradılsın:


İlqar Süleymanov

Komissiyanın sədri, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini

 

Komissiyanın üzvləri:

Vüsar İsmayılov

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini

Aygün Əliyeva

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini

Ramiz Göyüşov

Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri

Yunis Hüseynov

Hüquq şöbəsinin müdiri

Nuridə Allahyarova

İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri

Yəhya Əliyev

Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri

Ədalət Rəcəbov

Rayon təsərrüfatı şöbəsinin müdiri

Elnur İmanov

Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri

Anar Səfərov

Sakinlərin Müraciəti Xidmətinin rəisi

Qüdsi Bayramov

Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi

Azər Məmmədov

Binəqədi rayon Mənzil-Kommunal təsərrüfatı Birliyinin rəisi

Elman Seyidov

Binəqədi Rayon Polis İdarəsi İctimai Təhlükəsizlik Şöbəsinin rəisi

Fədai Hacıyev

Binəqədi Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru

İlqar Zeynalov

Binəqədi Rayon Baytarlıq Sahəsinin rəisi

 

4. Komissiyanın sədri, Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanova tapşırılsın ki:

Sərəncamla təsdiq edilmiş Tədbirlər Planının icrasını ciddi nəzarətə götürsün və tədbirlərin icrası barədə müntəzəm olaraq Rayon İcra Hakimiyyəti başçısına məlumat versin;

Layihənin icrası müddətində zərurət yarandıqca Tədbirlər Planına müvafiq əlavələr və dəyişikliklər edilməsinə dair təkliflərini hazırlayaraq təsdiq üçün təqdim etsin.

5. Sərəncamın icrasına nəzarəti öz üzərimdə saxlayıram.

Xaləddin İsgəndərov

 

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı
2015-ci ilin iyun-iyul aylarında Bakı səhərində I Avropa Olimpiya Oyunlarının keçirilməsi ilə əlaqədar
Binəqədi rayonu ərazisində görülməsi nəzərdə tutulan işlər haqqında
Tədbirlər Planı


  Tədbirin icrası İcra vaxtı Ünvan İcraçılar İcrasına məsul şəxs Qeyd
  I. "Təmiz Binəqədi" layihəsinin təbliğat və maarifləndirmə işlərinin təşkili
1.1. Sərəncamın və tədbirlər planının mətninin “Binəqədi” qəzetində dərc edilməsi, internet saytlarında və sosial şəbəkələrdə yayılması iyulun
5-dək
  N.Allahyarova – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri A.Əliyeva - Rayon İcra Hakimiyyəti başçısının müavini  
1.1.1. Qəbul monitorunda və infoköşklərdə yerləşdirilməsi iyulun
5-dək
  E.İmanov - Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi müvafiq komissiya  
1.1.2. Rayon ərazisində fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan monitorinqlər zamanı müzakirə edilməsi iyul ayı rayon ərazisində Rayon İcra Hakimiyyəti, müvafiq komissiya  
1.2. "Təmiz Binəqədi" layihəsinin keçirilməsi barədə bildirişlərin hazırlanması, sakinlərə və rayon ərazisində fəaliyyət göstərən təsərrüfat subyektlərinə paylanması iyulun 5-dək
1 avqustdan etibarən əlavə olaraq
rayon ərazisində Rayon İcra Hakimiyyəti,
qəsəbə və sahə İnzibati ərazi dairələri üzrə nümayəndəliklər, bələdiyyələr, MKTB,
xüsusi təyinatlı MKİS-lər, Gənclər və İdman İdarəsi
müvafiq komissiya  
1.2.1. Sakinlərin Müraciət Xidməti -1646-ya zəng gəldikdə operatorun layihə barədə avtomatlaşdırılmış məlumat verməsi iyulun
5-dək
  A.Səfərov- Sakinlərin Müraciət Xidmətinin rəisi müvafiq komissiya  
1.2.2. Rayon İcra Hakimiyyətinə qəbula gələn sakinlərə bildirişlərin verilməsi mütəmadi   E.İmanov- Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri müvafiq komissiya  
1.2.3. Qəbul monitorunda və İnfoköşklərdə bildirişlərin yerləşdirilməsi və roliklərin verilməsi il ərzində   müvafiq komissiya  
1.2.4. Gənclərin electron poçt vasitəsilə məlumatlandırılması iyul ayı   N.Allahyarova -  İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri    
1.3. “Təmiz Binəqədi” loqosunun, posterlərin, xüsusi geyim formalarının və zəruri ləvazimatların (köynək, papaq, bayraq, qələm,bloknot, ramazan ayının təqviminin, brelokların və bukletlərin, rəngli konteynerlərin) hazırlanması iyulun
5-dək
və predmetə uyğun olaraq
  N.Allahyarova – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri,    Y.Əliyev-Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdıırlması şöbəsinin müdiri,
Q.Bayramov -Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi
A.Əliyeva - Rayon İcra Hakimiyyəti başçısının müavini  
1.3.1. animasiyalı binalarda loqonun əks etdirilməsi; iyulun
5-dək
Azadlıq prospekti Ə.Rəcəbov-Rayon təsərrüfat şöbəsinin müdiri. Y.Hüseynov- Hüquq şöbəsinin müdiri İ.Süleymanov- Rayon İcra Hakimiyyəti  başçısının birinci müavini  
1.3.2. loqonun müxtəlif fon görüntüləri ilə sosial şəbəkələrdə geniş yayılması; layihənin icrası müddətində   N.Allahyarova – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri A.Əliyeva - Rayon İcra Hakimiyyəti başçısının müavini  
1.3.3. ictimai nəqliyyat vasitələrində  və dayanacaqlardakı monitorlarda yayılması; layihənin icrası müddətində   Ə.Rəcəbov-Rayon təsərrüfat şöbəsinin müdiri İ.Süleymanov- Rayon İcra Hakimiyyəti  başçısının birinci müavini  
1.3.4. rayon ərazisində olan monitorlarda video çarxların verilməsi; layihənin icrası müddətində Hollivud, Atrium, Monte Kristo 11 iyul Q.Bayramov -Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi A.Əliyeva - Rayon İcra Hakimiyyəti başçısının müavini  
1.3.5. layihənin işıqlandırılmasında digər subyektləri cəlb etmək; layihənin icrası müddətində Coca-Cola, Azərsun, HP, Ekologiq Y.Əliyev – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri V.İsmayılov-Rayon İcra Hakimiyyəti başçısının müavini  
1.3.6. Layihənin  təqdimatı məqsədilə  konsert proqramı iyulun
5-dək
9 m/r A.Məmmədov 115-də N.Allahyarova – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri A.Əliyeva - Rayon İcra Hakimiyyəti başçısının müavini  
1.3.7. Rayon ərazisində fəaliyyət göstərən müəssisə və təşkilatların istismarında olan nəqliyyat vasitələrinə posterlərin vurulması, nümunə olaraq obyektin təmizlənməsi iyulun
15-dək
daim yoxlamaq RİH-nin şöbə müdirləri müvafiq komissiya  
1.3.8. Pərakəndə ticarət obyektlərində və digər təsərrüfat subyektlərində posterlərin və loqonun vurulması iyulun
15-dək
rayon ərazisində R.Göyüşov- Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri müvafiq komissiya  
1.3.8.1 digər təsərrüfat subyektlərində posterlərin və loqonun vurulması avqustun
10-dək
  RİH-nin şöbə müdirləri müvafiq komissiya  
1.3.9. Vaxtın geriyə hesablanması üçün saatın quraşdırılması iyulun
15-dək
Bakı-Sumqayıt şosesi N.Allahyarova – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri A.Əliyeva - Rayon İcra Hakimiyyəti başçısının müavini  
Binəqədi RİH-nin elektron saytında vaxtın geriyə hesablanması üçün saatın quraşdırılması iyulun
15-dək
  R.Əliyeva- İnformasiya təminatı və təhlil sektorunun müdiri
1.3.10. Parklarda və yaşıllıq zonalarında işıqlandırılmış banerlərin yerləşdirilməsi iyulun
15-dək
rayon ərazisində R.Göyüşov- Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri A.Əliyeva - Rayon İcra Hakimiyyəti başçısının müavini  
1.3.11. "Evimizi təmiz saxlayaq-Binəqədi evimizdir" şüarının vurulması   M.Rəsulzadə körpüsündə H.Hüseynov-M.Rəsulzadə qəsəbə bələdiyyəsinin sədri R.Göyüşov- Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri  
1.4. Məişət tullantıları konteynerlərinin üzərində "TƏMİZ BİNƏQƏDİ" sözlərinin və "oddan qorumaq" işarəsinin vurulması iyulun
15-dək
rayon ərazisində Mənzil-Kommunal Təsərrüfat Birliyi və Bələdiyyələr R.Göyüşov- Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri  
1.4.1. Məişət tullantısı daşıyan xüsusiləşdirilmiş maşınların yük hissəsində bortun üzərində rayonun görüntüləri fonunda "Təmiz Binəqədi" loqosunun vurulması iyulun
15-dək
  Mənzil-Kommunal Təsərrüfat Birliyi  
1.5. Rayon sakinlərinə və təsərrüfat subyektlərinin rəhbərlərinə "Təmiz Binəqədi" layihəsinin keçirilməsi barədə SMS-lərin göndərilməsi iyulun
10-dək
  R.Göyüşov – Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri A.Əliyeva - Rayon İcra Hakimiyyəti başçısının müavini  
1.5.1. Nazirliklərin mətbuat xidmətlərinə iyulun
10-dək
1.6. "Təmiz Binəqədi" layihəsi barədə treninq və seminarların keçirilməsi, söhbətlərin aparılması: mütəmadi  
14-19 iyul
  N.Allahyarova – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri,
Q.Bayramov -Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi, İ.Piriyev- İrəvan Dram Teatrının direktoru
A.Əliyeva - Rayon İcra Hakimiyyəti başçısının müavini  
1.6.1. uşaqların maarifləndirilməsi üçün məktəbəqədər tədris müəssisələrinin müəllimlərinə YAP Binəqədi Rayon Təşkilatının akt zalında
1.6.2. xüsusi ekspert və mütəxəssislərin (din xadimləri, həkimlər, hüquqşünaslar və s.) iştirakı ilə görüşlərin keçirilməsi H.Əliyev adına istirahət parkında
1.7. "Təmiz Binəqədi" fləşmobunun keçirilməsi 09 avqust 2014 və may 2015 rayon ərazisində YAP Binəqədi Rayon Təşkilatı və Binəqədi Gənclər və İdman idarəsi A.Əliyeva - Rayon İcra Hakimiyyəti başçısının müavini  
1.8. rayon ərazisində keçirilən iməcliklərdə layihə barədə müxtəlif şüarların səsləndirilməsi Müntəzəm olaraq rayon ərazisində Q.Bayramov- Gənclər və İdman idarəsinin rəisi, A.Məmmədov -MKTB-nin rəisi.   İ.Piriyev- İrəvan Dram Teatrının direktoru İ.Süleymanov-Rayon İcra Hakimiyyəti başçısının birinci  müavini  
II. Layihənin həyata keçirildiyi müddətdə müxtəlif xarakterli tədbirlərin, müsabiqələrin və aksiyaların keçirilməsi
2.1. Rayon ərazisində yerləşən özəl sektora aid olan obyektlər arasında “Ən təmiz obyekt”;           (hər qəsəbədə) iyulun
10-dək
“Hollivud” iş mərkəzində Y.Əliyev – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri,                                                                                                                                                                                                Y.Ağayev -Binəqədi Sahibkarları İctimai Birliyinin sədri V.İsmayılov-Rayon İcra Hakimiyyəti başçısının müavini  
2.2. “Ən təmiz uşaq bağçası”; iyulun
10-dək
YAP Binəqədi Rayon Təşkilatının  akt zalında N.Allahyarova – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, Ə.Rəcəbov -Rayon təsərrüfatı şöbəsinin müdiri,                                            R.Göyüşov- Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri İ.Süleymanov- Rayon İcra Hakimiyyəti başçısının birinci müavini,                    A.Əliyeva-Rayon İcra Hakimiyyəti başçısının müavini  
2.3. "Nümunəvi səhiyyə müəssisəsi";
2.4. "Ən təmiz məktəb"; sentyabrın 
15-dək
2.5. "Ən təmiz Mənzil-Kommunal İstismar Sahəsi ərazisi"; (XTMKİS) iyulun
10-dək
Mənzil-Kommunal Təsərrüfat Birliyində
2.6. "Ən təmiz fərdi ev" müsabiqələrinin elan edilməsi müvafiq ərazilərdə
2.7. “Polietilensiz gün” devizi altında aksiyanın keçirilməsi: ayda 1 dəfə  19 iyul Rayon ərazisi  (start olaraq atıcılıq federasiyası) Rayon İcra Hakimiyyəti, qəsəbə və sahə İnzibati ərazi dairələri üzrə nümayəndəliklər,
bələdiyyələr, MKTB və xüsusi təyinatlı MKİS-lər
müvafiq komissiya  
2.7.1. polietilən tullantılarının yığılıb aidiyyəti üzrə təhvil verilməsi
2.8. Məişət tullantılarının çeşidlənməsi tədbirinin keçirilməsi; avqust ayının 10-da mütəmadi 9-cu mikrorayon, A.Məmmədov küçəsi 115; Azadlıq prospekti 20;
6-cı mikrorayon
Ə.Rəcəbov - Rayon təsərrüfatı şöbəsinin müdiri,
R.Göyüşov- Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri,                                                Q.Bayramov - Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi,                       A.Məmmədov -                                 Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi
müvafiq komissiya  
2.8.1. Çeşidlənmə üçün rəngli konteynerlərin yerləşdirilməsi; 50 ədəd çörək üçün, 128 ədəd komplekt 4-lük avqustun
10-dək
seçimə uyğun olaraq V.İsmayılov-Rayon İcra Hakimiyyəti başçısının müavini  
2.9. Təmizliklə bağlı tərbiyəvi tədbirlərin keçirilməsi: 09 iyul rayon ərazisində R.Göyüşov- Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri,
Ə.Rəcəbov - Rayon təsərrüfatı şöbəsinin müdiri,
Y.Əliyev – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri, Q.Bayramov - Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi, 
A.Məmmədov - Binəqədi Rayon Mənzil-kommunal Təsərrüfatı Birliyinin rəisi
müvafiq komissiya  
2.9.1. Ticarət və iaşə obyektlərində; mütəmadi
2.9.2. istirahət və mədəniyyət parklarında mütəmadi
2.9.3. tərbiyəvi mövzuda təkliflər qrupu yaratmaq layihənin icrası müddətində   R.Göyüşov- Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri,  N.Allahyarova – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri,                                               Q.Bayramov - Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi    
2.9.4. Təmiz Binəqədi uşaqların gözü ilə rəsm müsabiqəsinin keçirilməsi layihənin icrası müddətində   N.Allahyarova – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri,                                               Q.Bayramov - Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi İ.Süleymanov, A.Əliyeva, V.İsmayılov  
2.9.5. Layihə çərçivəsində tərbiyəvi karikaturaların hazırlanması və müsabiqənin keçirilməsi  
2.9.6. "Təmiz Binəqədi" kuboku uğrunda idman yarışlarının keçirilməsi; 11 avqustdan
2.10. Rayon ərazisində yerləşən nəqliyyat müəssisələrinin, ağır tonnajlı nəqliyyat vasitələri olan obyektlərin, beton zavodlarının rəhbərləri ilə görüşün keçirilməsi; iyulun
2-ci həftəsi,         11 iyul
Rayon İcra Hakimiyyətinin kiçik akt zalı Ə.Rəcəbov - Rayon təsərrüfatı şöbəsinin müdiri,                                                            Y.Hüseynov - Hüquq şöbəsinin müdiri,
Rayon Polis İdarəsi,
Y.Əliyev – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri
İ.Süleymanov- Rayon İcra Hakimiyyəti başçısının birinci müavini  
2.11. Yanma mexanizmləri nasaz olan bütün növ nəqliyyat vasitələrinin rayon ərazisində hərəkətinin məhdudlaşdırılması barədə zəruri tədbirlərin görülməsi; mütəmadi rayon ərazisi Ə.Rəcəbov - Rayon təsərrüfatı şöbəsinin müdiri,Y.Hüseynov - Hüquq şöbəsinin müdiri,
2.12. Rayon ərazisində yerləşən beton zavodlarından tikinti obyektlərinə beton daşıyan maşınlar tərəfindən yollara beton qarışığı tökən nəqliyyat vasitələrinin sahiblərinə qarşı ciddi tədbirlərin görülməsi; mütəmadi rayon ərazisi Y.Hüseynov - Hüquq şöbəsinin müdiri, C.Ələkbərov – Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinin rəisi    
2.13. Layihə çərçivəsində həftənin şənbə günləri təmizlik günlərinin keçirilməsi, görülmüş işlər barədə hesabatların aidiyyəti şöbələrə və ümumiləşdirilərək rəhbərliyə təqdim edilməsi (təmizlik keçirilən ərazinin əvvəlki və sonrakı şəkillərinin hesabata əlavə edilməsi) Şənbə günləri Rayonun bütün ərazisində qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklər, bələdiyyələr, idarə, müəssisə və təşkilat rəhbərləri Rayon İcra Hakimiyyəti başçısının müavinləri və Aparatın şöbə müdirləri  
2.14. Ekoloji cəhətdən çirklənmiş ərazilərin bərpa edilməsi və yerində uşaq idman meydançalarının salınması layihənin icrası müddətində avqust müvafiq ərazilərdə
28 may
Ə.Rəcəbov - Rayon təsərrüfatı şöbəsinin müdiri,
R.Göyüşov- Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri,
Q.Bayramov - Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi
İ.Süleymanov - Rayon İcra Hakimiyyəti  başçısının birinci müavini,
A.Əliyeva - Rayon İcra Hakimiyyəti  başçısının müavini
 
2.15. Park və istirahət yerlərində sanitar qovşaqların tikilməsi layihənin icrası müddətində   Ə.Rəcəbov - Rayon təsərrüfatı şöbəsinin müdiri,
R.Göyüşov- Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri
İ.Süleymanov - Rayon İcra Hakimiyyəti  başçısının birinci müavini  
III. "Təmiz Binəqədi" layihəsinin həyata keçirildiyi müddət ərzində ərazilərdə aparılması zəruri olan nəzarət tədbirləri
3.1. Su, qaz, elektrik, istilik və rabitə xətlərinin çəkilişi ilə əlaqədar qazıntı işlərinin aparılması zamanı “Tikinti norma və qaydaları”na əməl olunmasına və kommunikasiya xətlərində baş vermiş qəzalar nəticəsində qəza yerlərinin bərpa edilməsinə nəzarətin gücləndirilməsi mütəmadi rayonun bütün ərazisində Ə.Rəcəbov - Rayon təsərrüfatı şöbəsinin müdiri, aidiyyəti müəssisələrin rəhbərləri, MKTB,qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklər İ.Süleymanov – Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini  
3.1.1. Rayonun bütün ərazisində su,qaz,elektrik,kanalizasiya,rabitə və s. xətlərin çəkilişi, baş vermiş qəzalar nəticəsində aparılmış qazıntı yerlərini inventarlaşdırmaq və Təşkilat Komissiyasına təqdim etmək qəsəbə və sahə İnzibati ərazi dairələri üzrə nümayəndəliklər Aparatın şöbə müdirləri
3.2. Piyadaların hərəkət etdiyi yerlərdə nəqliyyat vasitələrinin dayanmasının qarşısının alınması, piyadaların və nəqliyyat vasitələrinin hərəkətini tənzimləyən yol nişanlarının və xəttlərinin çəkilməsi Y.Hüseynov-Hüquq şöbəsinin müdiri,
Ə.Rəcəbov - Rayon təsərrüfatı şöbəsinin müdiri,
N.İsmayılov-Binəqədi Rayon Polis İdarəsinin rəisi,
MKTB,
qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklər
İ.Süleymanov, A.Əliyeva, V.İsmayılov
3.2.1. Piyada keçidlərində dayanan nəqliyyat vasitələrinin ön pəncərələrinə xəbərdarlıq bildirişlərinin yerləşdirilməsi
3.3. Səkilərdə, meydanlarda,  küçələrdə minik maşınlarının, xalça və palazların yuyulmasının qarşısının alınması
3.4. Müəyyən olunmamış yerlərdə aparılan küçə ticarətinin qarşısını almaq üçün zəruri tədbirlərin görülməsi mütəmadi rayon ərazisində Y.Əliyev - Sosial-iqtisadi inkişafın təhlili və proqnozladırılması şöbəsinin müdiri, N.İsmayılov-Binəqədi Rayon Polis İdarəsinin rəisi,
Gigiyena və Epidemiologiya Mərkəzi,
Baytarlıq sahəsi,
qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndələr,
bələdiyyə sədrləri
müvafiq komissiya  
3.5. Vətəndaşlar və sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən aparılan təmir-tikinti işləri zamanı istifadə olunan tikinti materiallarının və əmələ gələn tullantıların əhalinin ümumi istifadə yerlərinə, eyni zamanda məişət tullantıları meydançalarına atılmasının qarşısının alınması, cavabdeh şəxslər barəsində ciddi tədbirlərin görülməsi Müntəzəm olaraq Rayonun bütün ərazisində Ə.Rəcəbov - Rayon təsərrüfatı şöbəsinin müdiri,

Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri təhkim olunduqları ərazi üzrə,
N.İsmayılov-Binəqədi Rayon Polis İdarəsinin rəisi,
qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklər,
bələdiyyələr,
MKTB və xüsusi təyinatlı MKİS-lər
müvafiq komissiya  
3.6. Daim qabarit atılan yerlərə xəbərdarlıq elanlarının vurulması, kameraların quraşdırılması     Ə.Rəcəbov - Rayon təsərrüfatı şöbəsinin müdiri,qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklər,
bələdiyyələr,
MKTB və xüsusi təyinatlı MKİS-lər
İ.Süleymanov- Rayon İcra Hakimiyyəti başçısının birinci müavini  
IV. Layihənin yekunu olaraq Kütləvi İnformasiya Vasitələri ilə iş və ictimai rəyin öyrənilməsi
4.1. Layihənin gedişinin kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə işıqlandırılması layihənin icrası müddətində   N.Allahyarova  - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, R.Əliyeva - İnformasiya təminatı və təhlil sektorunun müdiri,
J.Tofiqqızı - YAP Binəqədi Rayon Təşkilatının fəalı
A.Əliyeva - Rayon İcra Hakimiyyəti başçısının müavini  
4.2. "Təmiz Binəqədi" mövzusunda jurnalistlərin yazı müsabiqəsinin elan edilməsi iyulun
22-dək
YAP Binəqədi Rayon Təşkilatının akt zalı N.Allahyarova -İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri A.Əliyeva - Rayon İcra Hakimiyyəti başçısının müavini
4.3. "Təmiz Binəqədi" adlı sosial çarxın çəkilməsi layihənin icrası müddətində   N.Allahyarova - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri,
Q.Bayramov - Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi
A.Əliyeva - Rayon İcra Hakimiyyəti başçısının müavini  
4.4. "Tullantıdan sənətə" müsabiqəsinin keçirilməsi avqust ayında müvafiq ərazilərdə
4.5. "Təmiz Binəqədi" layihəsinin nəticələri barədə rayon sakinləri arasında rəy sorğusunun keçirilməsi hər rübdən sonrakı ayın 10-dək rayon ərazisində N.Allahyarova - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri A.Əliyeva - Rayon İcra Hakimiyyəti başçısının müavini  

Tədbirlər Planı Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 19 iyun 2014-cü il tarixli 133 saylı  sərəncamı ilə təsdiq edilmişdir

 

Keçidlər