RAYON HAQQINDA
Milli Qəhrəmanlar
Allahverdiyev Bəxtiyar Əzizullah oğlu
Hal-hazırda Binəqədi rayon Polis İdarəsində ictimai təhlükəsizlik sektorunda baş inspektor vəzifəsində çalışır.1998-ci ildə “Qızıl Ulduz” medalı almışdır.
Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı Fərmanı ilə “Azərbaycanın Milli Qəhramanı” adına layiq görülmüşdür.
Quliyev Mirzə Məcid oğlu
11 yanvar 1974-cü il Bərdə rayonunun Saatlı kəndində anadan olmuşdur.1980 ci il Saatlı kənd orta məktəbi birinci sinifinə getmişdir.1992-ci ilin oktyabrında müharibəyə yola düşüb ilk olaraq Naxçıvanın Sədərək rayonunda PDM-də tuşlayıcı atıcı kimi döyüşüb. Bata-batda şücaət göstərib, Füzuli, Tərtər və Ağdərə rayonlları uğrunda qanlı döyüşlərdə qəhramancasına iştirak edib.Düşmənin bir neçə tankını və xeyli sayda canlı qüvvəsini məhv etmişdir.
Hal-hazırda DİN Nəsimi rayon 20-ci bölmədə Cinayət axtarışı Üzrə Baş Əməliyyat Müvəkkili vəzifəsində kapitan rütbəsində çalışır.1998-ci il “Qızıl Ulduz” medalı almışdır.
Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı Fərmanı ilə “Azərbaycanın Milli Qəhramanı” adına layiq görülmüşdür.
Hümbətov Fərhad Qənbər oğlu
10 sentyabr 1968-ci ildə Qərbi Azərbaycanın Qarakilsə (Quqark) rayonunun Arçut kəndində doğulmuşdur. 1991-ci ilin oktyabr ayında cəbhəyə gedir. Könüllülərdən ibarət Şıx batalyonunun sıralarında döyüşə atılır, bir neçə kəndin azad olunmasında böyük şücaət göstərir.
Fərhadın döyüş yolu çox çətin olmuşdur. O, 1992-ci il martın 7-də Şuşa, Kosalar, Xankəndi istiqamətlərində uğurlu döyüş yolu keçirmiş və düşmənin 5 postunu dağıtmışdır. 1992-ci il martın 29-u Fərhad öz dəstəsi ilə Xocalının Kosalar kəndində əməliyyat keçirir. Qüvvələr nisbəti ermənilərin xeyrinə idi. Buna baxmayaraq, düşmən xeyli canlı qüvvə itirdi. Əlavə qüvvə gəlmədiyinə görə öz dəstəsi ilə geri çəkilmək məcburiyyətində qalır. O, bu döyüşdə bir neçə yaralını xilas etsə də özü qəhrəmancasına həlak olur.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı Fərmanı ilə Hümbətov Fərhad Qənbər oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir. Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Bakının Binəqədi rayonunda adına park salınmış və burada büstü qoyulmuşdur.
Binəqədi rayonunun Biləcəri qəsəbəsində 25 fevral 2014-cü ildə istifadəyə verilmiş Milli Qəhrəmanlar parkında Fərhad Hümbətovun büstü ucaldılmışdır.
İbrahimov Rasim Səxavət oğlu
18 aprel 1962-ci ildə Bakı şəhəri Əzizbəyov rayonunun Çilov adasında neftçi ailəsində doğulmuşdur. 1977-ci ildə Cəmşid Naxçıvanski adına hərbi məktəbə daxil olur. R.İbrahimov 1979-cu ildə məktəbi müvəffəqiyyətlə bitirərək, təhsilini Bakı Ali Hərbi Ümumqoşun Komandirlər Məktəbində davam etdirir. O, bütün təlimlərdə fəal iştirak edir, zabitlik peşəsinin sirlərini və hərbi texnikanı həvəs və inadla öyrənir.
Erməni silahlı birləşmələri tez-tez Azərbaycanın sərhəd bölgələrinə hücum edir, kəndləri, şəhərləri atəşə tuturdular. R.İbrahimov bu çətin, qarışıq vaxtda Füzuli rayonunun mərd oğulları ilə birlikdə könüllü özünümüdafiə taboru yaradır. Təcrübəli zabit olduğunu nəzərə alaraq onu tabora komandir təyin edirlər. Tabor Füzuli rayonunun sərhədlərini rəşadətlə qoruyurdu. Döyüşlərdə göstərdiyi şücaətə görə Rasimə mayor rütbəsi verildi.
Tabor 1992-ci il iyunun 26-da Tuğ kəndi uğrunda döyüşə atılır. Bir neçə saat çəkən döyüşdə düşmənə ağır zərbələr vurulur və bir neçə mühüm dayaq nöqtəsi ələ keçirilir. Onlar Tuğ kəndinin 5 kilometrliyinə qədər irəliləyirdilər. Lakin digər dəstə vaxtında köməyə gəlib çıxmadığına görə tabor mühasirəyə düşür. Cəsur komandir döyüşçülərin mühasirədən çıxması üçün öz canını fəda edir. O, ayağından yaralansa da döyüşə rəhbərliyi davam etdirirdi. Vəziyyətin ümidsiz olduğunu görən Rasim son anda düşmən əlinə keçməmək üçün əl qumbarası ilə özünü həlak edir. Cəsur komandirin son sözü bu olur: "Azərbaycan zabiti heç vaxt düşmənə təslim olmayacaq!".
Ailəli idi. Bir qızı, bir oğlu var. Oğlu bu gün atasının yolunu davam etdirir.
Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr tarixli 1994-cü il 203 saylı Fərmanı ilə İbrahimov Rasim Səxavət oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Binəqədi rayonunun Biləcəri qəsəbəsində 25 fevral 2014-cü ildə istifadəyə verilmiş Milli Qəhrəmanlar parkında Rasim İbrahimovun büstü ucaldılmışdır.
İsgəndərov Famil İsgəndər oğlu
15 may 1975-ci ildə Bakı şəhərində doğulmuşdur. 1991-ci ildə Bakının Binəqədi rayonundakı 157 saylı orta məktəbi bitirmişdir. 1993-cü ildə Binəqədi Rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına çağırılmışdır. O, 6 ay Qusar rayonundakı hərbi hissədə təlim keçdikdən sonra birbaşa cəbhəyə göndərilmişdir. Famil İsgəndərov Ağdərə və Tərtər bölgələrində gedən qanlı döyüşlərdə iştirak etmiş, Murovdağın geri qaytarılması zamanı ayağından yaralanmışdır. Cəsur döyüşçü müalicə olunduqdan sonra hərbi hissəyə qayıdır. Bu dəfə o, 776 saylı hərbi hissədə xidmət etməli olur.
1995-ci ilin mart ayı.. Dövlət çevrilişinə cəhd edən dəstədən bir neçə dəfə silahı yerə qoymaq, təslim olmaq tələb olundu. Lakin heç bir nəticə alınmadı. Milli Ordunun əsgərləri əməliyyata başlamalı oldu. Bu qarşıdurmada Famil İsgəndərov da iştirak edirdi. O, 1995-ci il martın 17-də öz öz döyüş yoldaşını xilas edərkən baş nahiyəsindən ağır yaralanaraq həlak oldu.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı Fərmanı ilə İsgəndərov Famil İsgəndər oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Oxuduğu 157 saylı orta məktəb onu adını daşıyır. Məktəbdə büstü qoyulub, yaşadığı binanın önünə xatirə lövhəsi vurulub.
Həmçinin, Binəqədi rayonunun Biləcəri qəsəbəsində 25 fevral 2014-cü ildə istifadəyə verilmiş Milli Qəhrəmanlar parkında Famil İsgəndərovun büstü ucaldılmışdır.
Sədiyev Vəzir İsa oğlu
6 iyun 1961-ci ildə Gürcüstan Respublikasının Marneuli rayonunun Aşağı Qullar kəndində doğulmuşdur. İbtidai təhsilini doğma kəndlərində, orta təhsilini isə Qərbi Azərbaycanın Körpülü kəndində almışdır. O, sonra Tbilisi Ali Hərbi Artilleriya Məktəbinə daxil olmuşdur. Hərbi məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra onu təyinatla Rusiyanın Qorki şəhərindəki hərbi məktəblərdən birinə müəllim göndərirlər. Burada 3 il müəllimlik etdikdən sonra könüllü olaraq Əfqanıstana gedir.
Batalyon komandiri kimi Əfqanıstan müharibəsində 2 il 4 ay iştirak edib.
Dəhşətli Xocalı Soyqırımı xəbərini eşidərkən onu Zabaykalda heç bir qüvvə saxlaya bilmədi. O, Azərbaycanın Müdafiə Nazirliyinə müraciət etdi. Nazirliyin 26 avqust 1992-ci il 01529 saylı əmrinə əsasən o, Artilleriya və Hərbi Hava Qüvvələri İdarəsində döyüş hazırlığı şöbəsinin rəis müavini vəzifəsinə təyin edildi.
1993-cü ilin fevral ayının 19-u cəsur komandir Vəzir Sədiyev Ağdərənin Aterk kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak oldu.
Vəzir Sədiyev hərbi xidməti zamanı 2 orden, 3 medal və eləcə də keçmiş SSR-i Ali Sovetinin fəxri fərmanları ilə təltif edilmişdir.
Ailəli idi. Bir qızı yadigar qalıb.
Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı Fərmanı ilə mayor Sədiyev Vəzir İsa oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Binəqədi rayonunun Biləcəri qəsəbəsində 25 fevral 2014-cü ildə istifadəyə verilmiş Milli Qəhrəmanlar parkında Vəzir Sədiyevin büstü ucaldılmışdır.
Məmmədov İbrahim İsmayıl oğlu
20 dekabr 1958-ci il Naxçıvan şəhərində anadan olmuşdur.Naxçıvan şəhər 3 saylı orta məktəbi bitirmişdir. 1992-ci ildən könüllü batalyonlarda döyüşmüş və 1993-cü ildə Milli Orduda bölük komandiri kimi döyüşlərdə iştirak etmişdir.1994-cü il Kəlbəcər uğrunda döyüşlərdə onun bölüyü bir neçə strateji yüksəkliyi düşməndən azad etmiş və ermənilər 15 nəfər itki verərək geri çəkilmişdir.1994-cü il fevralın 16-da Kəlbəcər uğrunda döyüşlərdə düşəmənin 3 tankını və xeyli sayda canlı qüvvəsini sıradan çıxarmış və snayper gülləsi ilə həlak olmuşdur.
Ailəli idi, 2 övladı var. Naxçıvan şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Azərbaycan Respublikasının Prezidentinin 20 iyun 1994-ci il tarixli 156 saylı Fərmanı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhramanı” adına layiq görülmüşdür.
Binəqədi rayonunun Biləcəri qəsəbəsində 25 fevral 2014-cü ildə istifadəyə verilmiş Milli Qəhrəmanlar parkında İbrahim Məmmədovun büstü ucaldılmışdır.
Bağırov Allahverdi Teymur oğlu
22 aprel 1946-cı il Ağdam şəhərində anadan olmuşdur.1965-ci il 1 saylı Ağdam şəhər orta məktəbini bitirmişdir.Yüngül atletika voleyboy və futbolla məşğul olurdu.Müharibə başlayanda könüllülərdə ibarət “vətən oğulları” adlı dəstə yaradır.Qarakənd yaxınlığında uğurlu əməliyyat keçirir.1992-ci il Xocalı faciəsi zamanı Allehverdi Bağırovun batolyonu yüzlərlə soydaşlarımızı xilas edir.Həmin ilin iyun ayında Aranzəmin, Naxçvanik, Dəhraz, Mirkənd və Pirçamal kəndlərinin düşməndən azad edilməsinə nail olur və həmən döyüşlərin birində gözətçi məntəqələrini yoxlayıb qərargaha dönərkən sürücü ilə birlikdə minaya düşüb həlak olur.
Ailəli idi.Bir oğlu iki qızı var. Ağdam rayonunun Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Azərbaycan Respublikasının Prezidentinin 24 fevral 1993-cü il tarixli 467 saylı Fərmanı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhramanı” adına layiq görülmüşdür.
Binəqədi rayonunun Biləcəri qəsəbəsində 25 fevral 2014-cü ildə istifadəyə verilmiş Milli Qəhrəmanlar parkında Allahverdi Bağırovun büstü ucaldılmışdır
Zülfüqarov Elxan Qaçay oğlu
29 iyun 1954-cü il Füzuli rayonun Hoğa(üçbulaq)kəndində anadan olmuşdur. 1969-cu il Bünyad Sərdarov adına 1 saylı orta məktəbin 8-ci sinifini bitirmiş.1 saylı Yevlax şəhər orta məktəbində təhsilini tamamlayıb Mingəçevir Politexnik Texnikumuna qəbul olmuşdur. 1992-ci ildə ordu sıralarına qatılıb.Laçın Qubadlı,Zəngilan, Füzuli bölgələrində 40-dan çox döyüşdə iştirak edib.Kapitan rütbəsi alaraq 702 saylı hərbi hissədə kəşfiyyat komandirinin köməkçisi vəzifəsinə təyin edilib. Erməni və rus dillərini mükəmməl bilirdi.4 yanvar 1994-ci il kəşfiyyat zamanı əldə etdiyi məlumata 19 kənd erməni yaraqlılarından azad edilib. 5 yanvar 1994-cü il Şükürbəyli kəndi uğrunda qeyri-bərabər savaşda qəhramancasına həlak olub. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Azərbaycan Respublikasının Prezidentinin 16 sentyabr 1995-ci il tarixli 203 saylı Fərmanı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhramanı” adına layiq görülmüşdür.
Binəqədi rayonunun Biləcəri qəsəbəsində 25 fevral 2014-cü ildə istifadəyə verilmiş Milli Qəhrəmanlar parkında Elxan Zülfüqarovun büstü ucaldılmışdır.
Qasımov Muxtar Cahid oğlu
10 yanvar 1958-ci ildə Beyləqan rayonun Kəbirli kəndində anadan olub.1964-cü il ata-baba yurdları Ağdama qayıdır.Ağdam şəhər 5 saylı orta məktəbində təhsil alır.1988-ci il Erməni yaraqlıları Azərbaycan torpaqlarına hücuma keçəndə o Ağdam şəhər mərkəzi xəstəxanasında baş kordinator vəzifəsində çalışmağa başlayır.1992-ci ildə Naxçıvannikdə kəndində xidməti vəzifəsini yerinə yetirərkən qəhramancasına həlak olur.
Ailəli idi. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Azərbaycan Respublikasının Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı Fərmanı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhramanı” adına layiq görülmüşdür.
Binəqədi rayonunun Biləcəri qəsəbəsində 25 fevral 2014-cü ildə istifadəyə verilmiş Milli Qəhrəmanlar parkında Muxtar Qasımovun büstü ucaldılmışdır.