Binəqədi rayonunda müxtəlif yaş kateqoriyalarından olan qadın və kişilər arasında sağlam həyat tərzi və davranış risk amilləri ilə bağlı monitorinq keçirildi və sorğu əsasında qiymətləndirmə aparıldı
Binəqədi Rayon İcra Hakimiyyət tərəfindən rayonda fəaliyyət göstərən səhiyyə, təhsil müəssisələrinin, hüquq-mühafizə orqanlarının, Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın, həmçinin, "LOQOS" Psixoloji və Nitq Mərkəzinin iştirakı ilə Binəqədi rayon sakinləri ilə keçirilən müxtəlif tədbirlər və görüşlər zamanı mütəmadi olaraq sağlam həyat tərzi sürmək üçün gündəlik həyatlarında hansı vacib normalara riayət etmələri, o cümlədən, vaxtın düzgün idarə olunması, mütəmadi tibbi müayinələrdən keçməyin vacibliyi, zərərli vərdişlərə aludə olmamaq və buna düçar olanlar barəsində məqsədyönlü tədbirlərin görülməsi məqsədi ilə istər azyaşlılar və yeniyetmələr, istərsə də əhalinin digər yaş kateqoruyasından olan üzvləri arasında maarifləndirici söhbətlər aparılır, mütəxəssislərin fikirləri dinlənilir.
Növəti dəfə Azərbaycan Respubikası Prezidentinin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 3.3.7.4 bəndinə əsasən verilmiş tapşırığın icrasının təmin edilməsi məqsədi ilə, müxtəlif yaş kateqoriyalarından olan qadın və kişilər arasında sağlam həyat tərzi və davranış risk amilləri ilə bağlı monitorinq aparıldı.
Monitorinq zamanı gümrah yaşamaq və xəstəliklərdən uzaq olmaq məqsədi ilə sağlam həyat tərzi sürmək üçün sakinlərin gündəlik həyatlarında hansı normalara riayət etmələri, risk amilləri olan hansı zərərli vərdişlərdən uzaq durmaları və s. vacib faktorlarla bağlı sorğu aparılaraq qiymətləndirmələr keçirildi. Həmçinin, sorğuda iştirak edən sakinlərə mövzu ilə əlaqədar RİH tərəfindən hazırlanmış bukletlər paylanmışdır.
Monitorinq zamanı sorğuda iştirak etmiş sakinlərin sağlam həyat tərzi və davranış risk amilləri ilə bağlı verdikləri cavablara əsasən aşağıdakı formaya uyğun qiymətləndirmə aparılmışdır:
Müxtəlif vaxtlarda keçirilmiş tədbirlər: